Layihə haqqında
 

Respublikamızda texniki peşə təhsili sistemi haqqında ümumi məlumat

Texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı qüvvələrindən biri hesab olunur. Keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" qəbul edilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.07.2007-ci il tarixli əmrinə əsasən Dövlət Proqramının icrası ilə əlaqədar Fəaliyyət Planı təsdiq edilib.
Hər bir dövlətin yüksək səviyyəli, inkişaf etmiş sənaye ölkəsinə çevrilməsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində atılan addımlar mühüm rol oynayır. Bu baxımdan sənayeləşmə, elmi-texniki inkişaf yüksək səviyyəli kadrların formalaşması prosesi ilə həmahəngdir.
Texniki peşə təhsili sahəsində mövcud olan problemlərin həlli ilə əlaqədar Təhsil Nazirliyi dövlət və qeyri-dövlət orqanları ilə müvafiq əməkdaşlığı genişləndirib. Belə ki, Avropa Komissiyasının, Britaniya Şurasının texniki dəstəyi ilə "Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi", Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNESKO ilə birlikdə həyata keçirilən "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi", Koreyanın "DEU İnternəşnl" şirkəti ilə birlikdə elektrik, avtomatlaşdırma, informasiya texnologiyaları, avtomobil təmiri, elektronika, mühərrik sahələri üzrə ixtisaslı kadr hazırlığını həyata keçirə biləcək "Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi" tikintisi, Dünya Bankı ilə II Kredit sazişi çərçivəsində "İlkin peşə təhsilinin kurrikulumunun hazırlanması" layihəsi birgə əməkdaşlığın bir qismini əhatə edir. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə gənclər arasında və kənd təsərrüfatında çalışan məcburi köçkün ailələrində peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində Avstriyanın "Hilsferk Avstria" təşkilatı ilə birgə həyata keçirilən layihə başa çatdırılıb.
Peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, milli peşə kurikulumunun yaradılması, Milli İxtisas Çərçivəsinin hazırlanması, ömür boyu, yaşlıların, qeyri-formal peşə təhsili sisteminin inkişaf etdirilməsi, özəl peşə təhsili şəbəkəsinin yaradılması və digər bu kimi məsələlər peşə təhsili sisteminin gələcək inkişaf istiqamətlərini təşkil edəcəkdir.


Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət proqramının (2007-2012 illər) distant təhsillə bağlı qoyduğu tapşırıqlar:


Texniki peşə təhsilinin məzmunca müasir tələblər səviyyəsində yeniləşdirilməsi:
- texniki peşə təhsili sistemində təhsilin keyfiyyətinin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsi, səmərəli monitorinq və qiymətləndirilmə mexanizmlərinin hazırlanması və tətbiqi;
- texniki peşə müəssisələrində tədris prosesində müasir informasiya və
- kommunikasiya texnologiyalarının geniş istifadəsinə nail olunması, modul təhsili, məsafədən təhsil kimi müasir təhsil formalarından istifadə imkanlarının araşdırılması, onların real praktikada həyata keçirilməsi;
- mütərəqqi təhsil formalarından istifadə etməklə peşə təhsili sisteminin daha da təkmilləşdirilməsi və bu yolla işçilərin iş yerində təhsillərini davam etdirmələrinə şərait yaratmaqla ömür boyu təhsil imkanlarının genişləndirilməsi.

Layihənin məqsəd və vəzifələri

Əsas məqsədlər:
- Azərbaycanda texniki peşə təhsilinin məzmununun yeniləşdirilməsi istiqamətində şagird, tələbə və müxtəlif sosial təbəqələrin nümayəndələrinə internet texnologiyaları vasitəsilə məsafədən(distant) peşə hazırlığı və ixtisasartırma fəaliyyəti imkanı yaratmaq;
- əlavə peşə və qeyri formal təhsil almaq üçün texniki bazanı formalaşdırmaq;
- yeni distant təhsil sistemi mövcud peşə təhsili sisteminə tamamilə inteqrasiyasını təmin etmək, onu daha da təkmilləşdirmək və vətəndaşların fasiləsiz və ömür boyu məsafədən təhsil alma imkanlarını genişləndirmək;
- İKT-nin tətbiqi ilə peşə təhsilinin keyfiyyətini artırmaq;
- onlayn testləşdirmə və monitorinq sistemləri vasitəsilə bilik və bacarıqları qiymətləndirmək;
- valideyn, müəllim, məktəb rəhbərliyi tərəfindən aparılan elektron monitorinq sistemi vasitəsilə tədris prosesinin idarə olunmasını yüksəltmək.

Əsas məqsədlər reallaşdırması tələb olunan aşağıdakı vəzifələri qoyur:

- Distant(məsafədən) peşə təhsili konsepsiyasını hazırlamaq;
- Distant təhsil internet səhifəsinin hazırlanması;
- Fənlər üzrə multimedia texnologiyaları əsasında elektron nəşrlərin hazırlanması;
- Elektron nəşr və digər resursların istifadəçilərə çatdırılması üçün internet səhifəsinin yaradılması;
- Şəbəkə texnologiyalarından istifadə etməklə fasiləsiz təlimi təmin etmək;
- Şagird, müəllim, məktəb üçün nəticələr bazasını formalaşdırmaq;
- Elektron testləşdirmə sistemini yaratmaq;
- Tədrisin məsafədən elektron monitorinqi sistemini yaratmaq.


Layihə haqqında daha ətraflı məlumat almaq üçün təqdimata bax.

Idarəetmə paneli
İstifadəçi adı:
Şifrə:
Şəxsi kod:

Şifrəni unutmusuz?

Statistika

İstifadəçilər 17776
Məktəblər 6
Qruplar 4
Kitablar 13
Materiallar 56
Testlər 405
İmtahanlar 11
Dərslər 6

Faydalı resurslar

 
ILK-10 Azeri Website Directory
 
 
 
 
 

Copyright © BakıNəşr 2010. Bütün müəlliflik hüquqları qorunur.