Qısa məlumat: Bu dərslik sizə hər cür qadın, kişi və uşaq saç düzümlərinin müxtəlif üsullarını, texnikasını mənimsəməkdə kömək edəcək. Saç kəsiminin izahı şəkillərlə müşayiət olunur ki, bu da yeni modellərin öyrənilməsini daha da asanlaşdırır.
Kitabda həmçinin saçların kimyəvi yolla burulması və qıvrım saçların düzləndirilməsi, saç rəngləmə texnologiyası barədə də məlumatlar var.
Bu dərslik vasitəsilə mütəxəssislər bərbər işinin əsaslarını öyrənəcəklər. |